21 yaşa qədər cüdoçuların ölkə birinciliyinin qızlar və oğlanlar arasında komanda yarışları keçirilib.


Rekord.az xəbər verir ki, Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qızlar arasında 3, oğlanlar arasında isə 5 komanda qalib adı uğrunda yarışıb.


Qızların mübarizəsində 52 kq, 57 kq, 63 kq, 70 kq və +70 kq, oğlanların yarışında isə 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində ümumilikdə 55 cüdoçu gücünü sınayıb.


Qızlar və oğlanlar arasında yarışda "Cüdo Klub 2012" kollektivi turnirin qalibi olub.