Ölkə birinciliyinin növbəti mərhələsi keçiriləcək
- 27 İyl 2023 10:22
- 460
Çimərlik voleybolu üzrə 15 yaşlı və 15 yaşdan böyük oğlan və qızlar arasında çimərlik voleybolu üzrə Azərbaycan çempionatının növbəti mərhələsi keçiriləcək. "Rekord.az" xəbər verir ki, birinciliyin II mərhələ 29 iyul-1 avqust tarixlərində baş tutacaq.
Bakı Su İdmanı Sarayında təşkil olunacaq çempionatın qaliblərinə medal və mükafatlar veriləcək.
Qeyd edək ki, yarışın I mərhələsi 24-27 iyun tarixlərində keçirilib.