Çimərlik voleybolu üzrə ölkə çempionatı başa çatıb. "Rekord.az" xəbər verir ki, yeni formatda keçirilən çempionatın sonuncu günü gərin və maraqlı oyunlarla yadda qalib. İlk olaraq üçüncü yer, ardınca isə qızıl medal  uğrunda oyunlar keçirilib. 
Qadınların mübarizəsində bürünc medal uğrunda “Milli Aviasiya Akademiyası” və “AZERRAIL-2” klubları, kişilər arasında yarışda  isə “Şəmkir” və “AZERRAIL-2” klubları üz-üzə gəliblər. Bu oyunlarda qaliblər “Qızıl set”də müəyyən olunub. Qadınların yarışında bürünc medallara “Milli Aviasiya Akademiyası”, kişilərdə isə  “AZERRAIL-2” sahib olub.
Daha sonra sonra çempionluq uğrunda oyunlar keçirilib. Qadınların yarışında “AZERRAIL-1” və “Murov Az Terminal” klubları, kişilərin yarışında isə “AZERRAIL-3” və “AZERRAIL-1” qızıl medallar uğrunda mübarizə aparıblar.  Maraqlı keçən final oyunlarından sonra qadınların və kişilərin yarışında qızıl medallarını  “AZERRAIL-1” klubları qazanıblar. 
Oyunlardan sonra mükafatlandırma və yarışın bağlanış mərasimi keçirilib. Qaliblərə diplom və medalları Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev və federasiyanın İdarə heyətinin üzvü Elqar Bağırov  təqdim ediblər. 
Çempion olan komandalar bu həmçinin il keçiriləcək klublararası Avropa çempionatında iştirak hüququ qazanıblar.
Qeyd edək ki, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən keçirilən klublararası Avropa çempionatının qaydalarına uyğun təşkil olunan yarışda 9 qadın, 10 kişi klubu iştirak edib. 
Reqlamentə əsasən hər klub yarışa iki komanda ilə, 16 yaşdan yuxarı idmançılarla qatılıb. Komandalar iki qrupda mübarizə aparıblar. Qrupda ilk iki pilləni tutan komandalar isə pley-offa yüksəliblər.

19 iyul
3-cü yer uğrunda oyunlar
Qadınlar
“Milli Aviasiya Akademiyası” - “AZERRAIL-2”  (2:0)
 “Milli Aviasiya Akademiyası” - “AZERRAIL-2”  (0:2)
 Qızıl set: “Milli Aviasiya Akademiyası” - “AZERRAIL-2”  (15:10)
Kişilər 
“Şəmkir” - “AZERRAIL-2” (1:2)
“Şəmkir” - “AZERRAIL-2” (2:1)
Qızıl set: “Şəmkir” - “AZERRAIL-2”  (15:17)

Final oyunları 
Qadınlar
“AZERRAIL-1” - “Murov Az Terminal” (2:0)
“AZERRAIL-1” - “Murov Az Terminal”  (2:1)
Kişilər
“AZERRAIL-3” - “AZERRAIL-1” (1:2)
“AZERRAIL-3” - “AZERRAIL-1” (0:2)

Qadınların yarışında mükafatçılar:
Qızıl medal - “AZERRAIL-1”
Gümüş medal - “Murov Az Terminal”
Bürünc medal - “Milli Aviasiya Akademiyası”

Kişilərin yarışında mükafatçılar:
Qızıl medal - “AZERRAIL-1”
Gümüş medal - “AZERRAIL-3”
Bürünc medal - “AZERRAIL-2”