Ölkə çempionatında daha bir oyun baş tutub
- 14 Fev 2024 00:54
- 234
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, 13-cü tur çərçivəsində “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.
GİN-in Voleybol Mərkəzində təşkil olunan qarşılaşma gərgin başlayıb. Uzatmaya gedən ilk setdə “Murov Az Terminal” daha dəqiq olub və 26:24 hesabı ilə qələbə qazanıb. Lakin “AZERRAIL” təşəbbüsü ələ ala bilib və sonrakı hissələri öz xeyrinə yekunlaşdırıb (25:21, 26:24, 25:14).
Beləliklə, gərginliyi ilə yadda qalan matçda “AZERRAIL” 3:1 hesabı ilə qalib gəlib.
Bu qələbədən sonra xallarının sayını 33-ə çatdıran (11 qələbə) “AZERRAIL” liderliyini qoruyub. “Murov Az Terminal” 29 xalla (10 qələbə) 2-ci, “Abşeron” 24 xalla (8 qələbə) 3-cü, “Gəncə” 15 xalla (5 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
Qeyd edək ki, turun digər oyunları fevralın 14-də və 17-də keçiriləcək. Sabah saat 15:00-da GİN Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları üz-üzə gələcəklər. 3 gün sonra isə turun son qarşılaşması keçiriləcək. UNEC öz meydanında “Gəncə” klubunu qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq.
13 fevral
Yüksək Liqa (qadınlar)
XIII tur
“AZERRAIL” - “Murov Az Terminal” 3:1 (24:26, 25:21, 26:24, 25:14)
14 fevral
15:00. “Milli Aviasiya Akademiyası” - “Abşeron” (GİN-nin Voleybol Mərkəzi)
17 fevral
15:00. “Abşeron” - UNEC (UNEC-in idman zalı)