Voleybol Azərbaycan çempionatında kişilərin yarışında daha bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün 3-cü turun son matçında "Murov" və "Xarıbülbül" kollektivləri üz-üzə gəliblər.

Voleybol Mərkəzində təşkil olunan görüş “Murov”un üstünlüyü ilə keçib. İlk hissədə 25:11 hesabı ilə qələbə qazanan Fərid Cəlalovun komandası sonrakı setləri də qalib başa vurub - 25:18, 25:17. 

Beləliklə, bu oyundan sonra aktivindəki xalların sayını 9-a çatdıran “Murov” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Neftçi” 3 xalla 2-ci, set fərqində “Neftçi”dən geri qalan “Xarı bülbül” 3 xalla üçüncü, MOİK isə sonuncu pilləni tutur. 

Bununla da I dövrədən yalnız bir matç keçirilməmiş qalır. II turdan təxirə salınmış "Xarıbülbül" - "Neftçi" qarşılaşmasının baş tutacağı tarixlə bağlı əlavə məlumat veriləcək.

27 yanvar
Yüksək Liqa
III tur
   “Murov” - “Xarı bülbül” 3:0 (25:11, 25:18, 25:17)