Ölkə çempionatında I dövrə başa çatdı
- 24 Yan 2023 23:31
- 403
Voleybol üzrə qadınlar arasında ölkə çempionatında I dövrə yekunlaşıb. "Rekord.az" xəbər verir ki, I dövrənin 3-cü turunda son olaraq meydana "UNEC" və “Abşeron” klubları çıxıblar.
Voleybol Mərkəzində baş tutan bu görüş gözlənildiyi kimi "Abşeron"un üstünlüyü ilə keçib. 3 set davam edən matçda universitet təmsilçisi rəqibinə ciddi müqavimət göstərə bilməyib və "Abşeron" qarşılaşmadan quru hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, günün ilk oyunu çempionatın liderləri arasında baş tutub. Həmin görüşdə "Azərreyl" klubu "Murov"u 3:1 hesabı ilə məğlub edərək turnir cədvəlində vahid lider olub.
Beləliklə, 3 turdan sonra xal itirməyən “Azərreyl” 9 xalla turnir cədvəlinə başçılıq edir. 6 xala malik “Murov” ikinci, ondan 3 xal geri qalan “Abşeron” üçüncü yerdə qərarlaşıb. Sonuncu pillədə olan "UNEC"in isə xalı yoxdur.
24 yanvar
Yüksək Liqa
III tur
“Murov” - “ Azərreyl” 1:3 (22:25, 22:25, 25:20, 20:25)
"UNEC" - “ Abşeron” 0:3 (13:25, 19:25, 16:25)