Voleybol üzrə qadınlar və kişilər arasında ölkə çempionatlarının I dövrəsinin oyunları bəlli olub. "Rekord.az" xəbər verir ki, 2023/2014 illər mövsümündə Yüksək Liqada 6 qadın, 6 kişi komandası iştirak edəcək.

Reqlamentə əsasən hər iki çempionat 4 dövrədən ibarət olacaq və oyunlar dairəvi sistem üzrə keçiriləcək. Dörd dövrədən sonra ilk 4 pilləni tutacaq komandalar play-off mərhələsinə yüksələcəklər. Play-off mərhələsində 2 oyun (əgər tərəflər hərəsi bir oyunda qalib gələrsə, setlər də bərabər olarsa, qızıl set oynanılacaq), final və üçüncü yer uğrunda isə 1 oyun keçiriləcək.

Qadınlar: Abşeron VK, AZERRAIL VK, Gəncə VK, Milli Aviasiya Akademiyası VK, Murov Az Terminal VK, UNEC VK

Kişilər: AZERRAIL VK, Xarı Bülbül Laçın VK, Xarı Bülbül Şuşa VK, MOİK VK, Murov Az Terminal VK, Neftçi VK.

Qeyd edək ki, oyunların keçirilmə vaxtları ilə bağlı məlumat veriləcək.