Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir qarşılaşma baş tutub. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada II turdan təxirə salınan oyun çərçivəsində “Murov” klubu "UNEC"i sınağa çəkib.

Voleybol Mərkəzində keçirilən matç Vüqar Əliyevin komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:12 hesabı ilə qalib gələn “Murov” sonrakı setləri də aktivinə yazıb - 25:12, 25:9. 

Beləliklə, quru hesablı qələbə qazanan "Murov"  xallarının sayını 6-ya çatdırıb. II turdan sonra aktivində 6 xalı olan “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Abşeron” və UNEC-in isə xalı yoxdur.

22 yanvar 
Yüksək Liqa (qadınlar)
II tur

   “Murov” - UNEC 3:0 (25:12, 25:12, 25:9)