Ölkə çempionatında növbəti oyunlar baş tutub
- 21 Fev 2024 23:58
- 227
Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində həm qadın, həm də kişilərin Yüksək Liqası çərçivəsində qarşılaşmalar keçirilib.
İlk olaraq meydana kişilərdən ibarət “Murov Az Terminal” və “Neftçi” klubları çıxıblar. Gərgin keçən görüşdə “Murov Az Terminal” 3:1 hesabı ilə qələbə qazanıb.
Günün növbəti matçı isə qadınlardan ibarət “Milli Aviasiya Akademiyası” və “AZERRAIL” klubları arasında olub. Oyuna daha yaxşı başlayan “AZERRAIL” üstünlüyünü sonadək qoruyub və 3:0 hesabı ilə qalib gəlib.
Kişilərin turnir cədvəlinə “AZERRAIL” 24 xalla (8 qələbə) liderlik edir. “Murov Az Terminal”ın 21 xalı (8 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
Qadınların turnir cədvəlinə “AZERRAIL” 36 xalla (12 qələbə) liderlik edir. “Murov Az Terminal” 32 xalla (11 qələbə) 2-ci, “Abşeron” 30 xalla (10 qələbə) 3-cü, “Gəncə” 18 xalla (6 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
21 fevral
Yüksək Liqa (kişilər)
“Murov Az Terminal” - “Neftçi” 3:1 (25:21, 27:25, 33:35, 31:29)
Yüksək Liqa (qadınlar)
“Milli Aviasiya Akademiyası” - “AZERRAIL” 0:3 (21:25, 10:25, 12:25)