Ölkə çempionatında növbəti oyunlar keçirilib
- 17 Fev 2023 00:12
- 435
Qadın voleybolçular arasında Azərbaycan birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada VIII tur çərçivəsində iki matç baş tutub.
İlk olaraq meydana “Abşeron” və “Azərreyl” komandaları çıxıblar. Turnir cədvəlinin lideri “Azərreyl” matçdan qalib ayrılıb. İkinci dövrədə “Abşeron” klubuna 0:3 hesabı ilə məğlub olan Eldar Yusubovun komandası bu matçda qələbəyə sevinib. “Azərreyl” 3:1 (25:16, 25:21, 18:25, 25:22) hesabı ilə “Abşeron”u məğlub edərək aktivinə daha 3 xal yazdırıb.
Turun son matçı isə UNEC və “Murov”komandaları arasında olub. Bu qarşılaşmada qalib 3 setdə müəyyənləşib. “Tələbələr”i 3:0 (25:18, 25:08, 25:10) hesabı ilə məğlub edən Vüqar Əliyevin komandası turu qələbə ilə başa vurub.
Beləliklə, VIII turdan sonra “Azərreyl” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 15, “Murov”un 13 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan "UNEC"in isə xalı yoxdur.
Yüksək Liqa
VIII tur
“Abşeron” - Azərreyl” 1:3 (16:25, 21:25, 25:18, 22:25)
"UNEC" - “ Murov” 0:3 (18:25, 08:25, 10:25)