Ölkə çempionatında növbəti oyunlar keçirilib
- 11:10
- 37
Qadın voleybolçular arasında Yüksək Liqada növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, 5-ci turun iki oyunu GİN-nin Voleybol Mərkəzində, bir oyunu isə UNEC VK-nın idman zalında baş tutub.
İlk olaraq “Murov Az Terminal” və “Abşeron” komandaları qarşılaşıblar. 3 set davam edən matçda “Abşeron” 3:0 hesabı ilə qalib gəlib.
Turun ikinci oyununda “AZERRAIL” və “Gəncə” komandaları üz-üzə gəliblər. Meydan sahibindən üstün olan qonaqlar 3:0 hesabı ilə qalib gəliblər.
UNEC VK-nın idman zalında təşkil olunan V turun digər görüşündə isə “Milli Aviasiya Akademiyası” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında VI turun oyunları yanvarın 15-də keçiriləcək.
Yüksək Liqa
V tur
9 yanvar
“Murov Az Terminal” - “Abşeron” 0:3 (13:25, 15:25, 21:25)
UNEC - “Milli Aviasiya Akademiyası” 0:3 (10:25, 5:25, 7:25)
“AZERRAIL” - “Gəncə” 0:3 (22:25, 22:25, 17:25)