Ölkə çempionatında növbəti turun oyunları baş tutub
- 29 Yan 2025 15:19
- 82
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın VIII turunda Bakıda iki, Gəncədə isə bir oyun baş tutub.
Turun ilk qarşılaşması Gəncə İdman Sarayında “Gəncə” və “Murov Az Terminal” komandaları arasında olub. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər qarşılaşmaları isə GİN-in Voleybol Mərkəzində təşkil olunub. Burada “Milli Aviasiya Akademiyası” komandası “Abşeron”la, “AZERRAIL” klubu isə UNEC-lə üz-üzə gəlib. Gərgin keçən “Milli Aviasiya Akademiyası” - “Abşeron” matçında qalib 4 setdə müəyyənləşib. “Milli Aviasiya Akademiyası” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Turun son qarşılaşmasında isə “AZERRAIL” 3:0 hesabı ilə UNEC komandasına qalib gəlib.
Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 4-də keçiriləcək.
Yüksək Liqa
VIII tur
“Gəncə” - “Murov Az Terminal” 2:3 (18:25, 25:18, 20:25, 26:24, 10:15)
“Abşeron” - “Milli Aviasiya Akademiyası” 1:3 (18:25, 28:26, 25:27, 22:25)
“AZERRAIL” - UNEC 3:0 (25:9, 25:11, 25:15)