Voleybol üzrə ölkə çempionatına dekabrın 14-də start veriləcək. “Rekord.az” xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev bu gün jurnalistlərlə keçirdiyi görüşdə deyib.

Təcrübəli mütəxəssis bildirib ki, qadınların mübarizəsində 6, kişilərin yarışında isə 7 komanda çıxış edəcək. Bu il birincilikdə yeni komandalarla yanaşı, fəaliyyətini bərpa etmiş “İqtisadçı” da  çempionlu uğrunda yarışacaq. Həmçinin Gürcüstanın qadın və kişilərdən ibarət yığma komandaları da Super Liqada mübarizə aparacaqlar.

Qadınların Super Liqasında “Azərreyl”, “Lokomotiv”, “Abşeron”, “İqtisadçı”, “Mübariz” və Gürcüstan komandası mübarizə aparacaq.

Kişilərin Yüksək Liqasında isə “Neftçi”, “Lokomotiv”, “Sərhədçi”, “Azərreyl”, “OİK”, “Xilasedici” Gürcüstan komandası çıxış edəcək.

İki dövrədən ibarət olacaq çempionatın oyunların Hövsan Olimpiya Kompleksi, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, "Lokomotiv", AVF, FHN-in idman zalında keçirilməsi nəzərdə tutulur. Final mərhələsi isə Bakı İdman Sarayında təşkil ediləcək.