Minifutbol üzrə ölkə çempionatında yarımfinal görüşləri başa çatıb.

Rekord.az xəbər verir ki, iki oyundan ibarət olan oyunlarda “Zirə” komandası “Qarabağ” kollektivinə hər iki oyunda qalib gələrək finala vəsiqə qazanıb.

Digər yarımfinal matçında isə son çempion “Birbaşa Bakı” rumınyalı mütəxəssis Dan Marius Mitunun rəhbərliyi altında “Bakı”dan üstün olub.

Beləliklə ölkə çempionatının final qarşılaşmasında ötən mövsümdə olduğu kimi, “Zirə” və “Birbaşa Bakı” komandaları üz-üzə gələcək. 

Final matçının keçirilmə tarixi barədə yaxın günlərdə məlumat veriləcək.