Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu avrokubokda mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, "Challenge Cup"da çıxış edən komandamız 1/32 final mərhələsində Ukraynanın "SC Balta" kollektivi ilə üz-üzə gəlib. 

Cütün Bakıda baş tutan ilk görüşü təmsilçimizin üstünlüyü ilə keçib. "Azərreyl" 3 set davam edən matçda rəqibini quru hesabla məğlub edib. Komandaların cavab qarşılaşması sabah yenə Bakıda baş tutacaq. Oyunun start fiti saat 20:00-da çalınacaq.

Qeyd edək ki, istənilən hesablı qələbə komandamızı növbəti mərhələyə çıxaracaq.

 

Challenge Cup

17 oktyabr

1/32 final

   "Azərreyl" - "SC Balta" 3:0 (25:18, 25:18, 25:18)