Ölkə çempionu baş məşqçi ilə müqaviləni yenilədi
- 23 May 2024 11:59
- 333
Kişi voleybolçulardan ibarət “AZERRAIL” klubunun yeni mövsümdə baş məşqçisi bəlli olub. "Rekord.az" xəbər verir ki, son ölkə çempionu Boris Qrebennikovla müqaviləni yeniləyib.
Razılaşmaya əsasən Boris Qrebennikov 2024/2025 illər mövsümündə də “AZERRAIL”i çempion etmək üçün çalışacaq.
Qeyd edək ki, “AZERRAIL” Boris Qrebennikovun rəhbərliyi ilə ilk dəfə Azərbaycan Yüksək Liqasının qızıl medalını qazanıb.