Voleybolçu qadınlar arasında Azərbaycan çempionatının son qalibinin avrokubokda mübarizəyə başlayacağı tarix bəlli olub. "Rekord.az" xəbər verir ki, "Challenge cup"da ölkəmizi təmsil edən "Azərreyl" ilk  oyununa oktyabrın 17-də çıxacaq. 

Komandamızın 1/32 finaldakı rəqibi Ukraynanın "SC Balta" klubu olacaq. Tərəflər ilk olaraq Bakıda üz-üzə gələcəklər.

Cavab matçı isə oktyabrın 18-də baş tutacaq.