Futbol üzrə Azərbaycan Kubokunda 2024/25-ci illər mövsümündə II təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.

Rekord.az xəbər verir ki, mərhələnin 2 oyunu “CBC Sport” telekanalı vasitəsilə, digərləri isə Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq. 
 

28 oktyabr (bazar ertəsi)
 

“Turan Tovuz” – “Hypers Guba”
Tovuz şəhər stadionu, 20:00 (CBC Sport / canlı)
 

29 oktyabr (çərşənbə axşamı) 
 

MOİK – “Şimal” 
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:00
 

“Şahdağ Qusar” – “Araz-Naxçıvan” 
“Liv Bona Dea Arena”, 16:00
 

“Ağdaş” – “Kəpəz” 
Tovuz şəhər stadionu, 16:00
 

“Dinamo” – “Səbail” 
“ASCO Arena”, 18:00
 

30 oktyabr (çərşənbə)
 

“Şamaxı” – “Şəmkir” 
Şamaxı şəhər stadionu, 14:00
 

“Mingəçevir” – “Zaqatala”
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00
 

“Qaradağ Lökbatan” – “Karvan” 
Lökbatan OİK stadionu, 14:00
 

“Şəfa” – “Difai” 
“ASK Arena”, 15:00
 

31 oktyabr (cümə axşamı)
 

“İmişli” – “Cəbrayıl” 
Şamaxı OİK stadionu, 14:00
 

“Qəbələ” – “Baku Sportinq”
Qəbələ şəhər stadionu, 15:00 (CBC Sport / canlı)

 

Qeyd 1: 2-ci təsnifat mərhələsində iştirak edən II Liqa klublarının (“Ağdaş”, “Şahdağ Qusar”, “Dinamo”) ev oyunlarını keçirdiyi stadionlar Misli Premyer Liqasında çıxış edən klubları qəbul etmək tələblərinə cavab vermədiyi üçün iştirakçı klubların razılığı ilə oyunlar Misli Premyer Liqasında çıxış edən klubların stadionunda  keçiriləcək.


Qeyd 2: İmişli şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq “İmişli” – “Cəbrayıl” oyunu Şamaxı OİK stadionunda baş tutacaq.