Bu gün futzal üzrə Azərbaycan kubokunun ¼ final mərhələsinin oyunları keçirilib.


Rekord.az xəbər verir ki, ilk görüşdə U-19 “Şuşa”dan üstün olub.


“Neftçi”nin Birinci Liqanın iddialılarından olan “STAR kargo”nu məğlub edib. “Araz-Naxçıvan” isə ötən mövsümün finalında penaltilər seriyasında yendiyi “Baku Fire”in bu dəfə yarımfinala yüksəlməsinə imkan verməyib. Mərhələnin son görüşündə Birinci Liqanın lideri PFL “Xan-Lənkəran”dan üstün olub.


U-19 – Şuşa 4:2

Neftçi İK – STAR kargo 7:4

Baku Fire – Araz-Naxçıvan 2:6

PFL – Xan-Lənkəran 7:2


Fevarlın 27-də keçiriləcək yarımfinal matçında çütlüklər bu şəkildə olacaq:


Araz-Naxçıvan – Neftçi İK

PFL – U-19