Ölkə kubokunun finalı Sumqayıtda keçirilə bilər ÖZƏL!
- 08 Noy 2021 17:00
- 769
2021-22-ci il mövsümünün ölkə kubokunun finalı Sumqayıtda keçirilə bilər.
Rekord.az-a bununla bağlı maraqlı məlumat daxil olub.
Bildiyiniz kimi, birbaşa ölkə başçısının sərəncamı ilə yenidən qurulan Mehdi Hüseynzadə adına stadionda işlərin çoxu böyük ölçüdə görülüb. Hazırda qazonun və oturacaqların quraşdırılması, arenanın ətrafının abadlaşdırılması işləri aparılır. Bütün işlərin tam olaraq 2022-ci ilin mart ayına kimi yekunlaşdırılması nəzərdə tutulub. İşlərdə hər hansı bir axsama olmasa, məhz həmin ay açılışın olması nəzərdə tutulub. Böyük ehtimalla açılışda ölkə başçısı da iştirak edəcək. Əldə etdiyimiz məlumata görə, stadion və şəhər rəhbərliyi ilk mötəbər oyun kimi, ölkə kubokunun may ayına təsadüf edəcək finalını qəbul etmək istəyir. Bu təkliflə AFFA qarşısında çıxışla bağlı müzakirələr gedir. Federasiya da təklifə müsbət yanaşsa planlaşdırılanlar reallaşa bilər. Hər halda, məsələni diqqətdə saxlayacağıq.