"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan ölkə kubokunda qadınların mübarizəsinə də yekun vurulub. "Rekord.az" az xəbər verir ki, bu gün yarışın final oyunu keçirilib. 

GİN-in Voleybol Mərkəzində baş tutan finalda "Gəncə" və "Abşeron" klubları qarşılaşıblar. Maraqlı mübarizədə keçən görüşdə Famil Ağayevin yetirmələri quru hesabla qalib gəliblər. Beləliklə, "Abşeron" ölkə kubokunun qızıl, "Gəncə" isə gümüş medalını qazanıb.

Ölkə kuboku 

4 noyabr 

Final

   “Gəncə” - “Abşeron”  0:3 (18:25, 20:25, 16:25)