Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev idmanla bağlı sərəncam imzalayıb. "Rekord.az" xəbər verir ki, ölkə başçısının bu gün imzaladığı Sərəncam Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə bir qrup idmançı və idman mütəxəssisi təltif edilməs ilə bağlıdır. Sərəncama əsasən, dörd nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, on nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə iki nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı,  Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə isə üç nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.