Braziliya prezidenti Jair Bolsonaro “Santos” – “Qremio” qarşılaşmasını izləmək üçün stadiona getsə də, onu arenaya buraxmayıblar.

Rekord.az xəbər verir ki, bu barədə prezident özü məlumat verib.

Bolsonaro peyvənd olunmadığı üçün stadiona buraxılmayıb. Braziliya prezidenti peyvənd olunmağın əleyhinədir. O, hazırda məzuniyyətdədir və San-Pauluda istirahət edir.

Bir müddət əvvəl isə prezident ictimai yerdə maska taxmadığı üçün cərimə olunmuşdu. Bolsonaro məsələ ilə bağlı belə deyib:

“Mən niyə peyvənd olunmalıyam? Mənim orqanizmimdəki antitel peyvənd olunan istənilən şəxsdəki antiteldən çoxdur”.