Ölkəmizdə Bocce idmanı üzrə təlimlərə start verilib FOTOLAR
- 19 Okt 2022 10:20
- 442
Ölkəmizdə Bocce idmanı üzrə təlimlərə start verilib.
Rekord.az xəbər verir ki, Azərbaycan Bocce İdman Klubunun təşəbbüsü ilə Türkiyənin beynəlxalq dərəcəli məşqçisi Ahmet Yaratılmış ölkəmizə səfərdədir.
O, bocce idman növünün ölkəmizdə təbliği, eləcə onun qaydaları ilə bağlı biliklərini təlim iştirakçıları ilə bölüşüb. Ahmet Yaratılmış Azərbaycanda bu idmana marağın yüksək olduğunu və iştirakçıların təlimlərdə səylə çalışdıqlarını bildirib. Bocce İdman Klubunun rəhbəri Elnur Məmmədli isə əcnəbi mütəxəssislərin səfərinin ölkəmizdə Boccenin inkişafına müsbət təsir edəcəyini vurğulayıb. Təlimlər 5 gün davam edib və 50-dən çox idmançı qaydalarla tanış olub, praktiki məşqlərdə iştirak edib.