Ölkəsinə qayıtmaq üçün 200 min dollarından keçdi
- 29 Mar 2020 23:00
- 696
PSJ-nin qapıçısı Keylor Navas ölkəsi Kosta-Rikaya qayıtmaq üçün böyük məbləğdə pul xərcləyib.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbiylə Fransada karantində olan qapıçı, ailəsinin yanında olmaq üçün ölkəsinə qayıdıb.
Məlumata görə, Navas martın 27-də şəxsi təyyarə ilə Fransadan ayrılıb. Bunun üçün o, 200 min dollar pul ödəyib.
Pandemiya səbəbiylə Liqa 1 təxirə salınıb və komandalar karantinə alınıblar.