"Barselona" 3 həftə Dani Olmonun xidmətindən istifadə edə bilməyəcək.


Rekord.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.


"Osasuna" ilə görüşün əvvəlində sıradan çıxan Dani 28-ci dəqiqədə əvəzlənmişdi. Klubun açıqlamasında keçirilən testlərdən sonra Daninin sağ ayağındakı əzələlərin zədələndiyini və bərpa üçün 3 həftə lazım olduğu bildirilib.


İspaniyalı futbolçu "Barsa"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşan oyunun 21-ci dəqiqəsində penaltidən qol da vurmuşdu.