Ölümdən dönən futbolçunun həyatını xilas edənlər mükafatlandırılacaq
- 26 Avq 2021 14:47
- 453
Danimarka yığmasının kapitanı Simon Kyer və yığmanın tibbi personalı mükafata layiq görülüb.
Rekord.az xəbər verir ki, onlara UEFA prezidentinin 2021-ci il üçün mükafatı veriləcək.
Bu şəxslər Avropa çempionatı zamanı Danimarka yığmasının üzvü Kristian Eriksenin həyatını xilas ediblər.
Kyer Eriksenə ilk tibbi yardımı göstərib, ona süni nəfəs verib. Daha sonra Eriksenin o durumdakı görüntülərinin yayılmamağı üçüm komanda yoldaşlarını qalxan kimi düzüb.
Kapitan işini bununla da yekunlaşdırmayıb, o, Eriksenin həyat yoldaşına da psixoloji yardım edib.