Ömər Cavadov qran-pridə çıxış etdi
- 07 Dek 2023 16:00
- 304
Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 2-ci qran-pri yarışı davam edir.
Rekord.az xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.
Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Bu gün onlardan daha biri – Ömər Cavadov mübarizəyə qoşulub. O, 73 kq çəki dərəcəsinin B qrupunda çıxış edib. İdmançımız toplam 312 (146+166) kq nəticə göstərib. Cavadovun yekun sıralamada tutduğu yer A qrupundakı çıxışlar bitəndən sonra bilinəcək.