Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Kiprdə “Omoniya” və “Qarabağ” komandaları arasında keçiriləcək oyununun hakimləri müəyyənləşib.

Rekord.az xəbər verir ki, oyun şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Qarşılaşmanın baş hakimi FİFA referisi Bobbi Madden olacaq. Ona yan xətt hakimləri Devid Rum və Alan Malvenni kömək edəcək. Dördüncü hakim Kreyq Napyer olacaq.

Sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda baş tutacaq "Omoniya" – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.