"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Omoniya"nın (Kipr) baş məşqçisi Henninq Berq Ağdam təmsilçisinə uduzduqları (1:4) matç barədə danışıb. 

Rekord.az xəbər verir ki, 52 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında "Qarabağ"la görüşdə yaxşı oynadıqlarını deyib:

"Qarabağ"la oyunda çox yaxşı işlər gördük. Qarşılaşma başqa gün olsaydı, fərqli nəticə qeydə alınardı. Buraxdığımız qollarda bir az şanssız idik. Futbolda belə hallar həmişə olur. Ancaq avrokuboklarda da bacardığımız qədər irəli getmək niyyətindəyik. Balansı tapmağa çalışırıq. "Qarabağ"a qarşı yaxşı oyun sərgilədik. Ancaq buraxdığımız ilk iki qolda bir az şanssız idik. Bundan sonra isə bizim üçün çətin oldu. Yaxşı komandaya qarşı oynadıq. Belə komandalarla görüşdə məğlub olmaq ehtimalınız var, amma qələbə qazanmaq da mümkündür".

Qeyd edək ki. bu komandalar arasında növbəti matç noyabrın 25-i Bakıda olacaq.