Öncə Adrian Mutu, sonra Şenol Günəş
- 08 Avq 2023 15:30
- 318
Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 10-da saat 21:00-da “Neftçi Arena”da keçiriləcək “Beşiktaş”la oyundan əvvəl “Neftçi”nin baş məşqçisi Adrian Mutu və futbolçu Filp Ozobiçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Rekord.az xəbər verir ki, tədbir avqustun 9-da saat 18:30-dan etibarən “Neftçi Arena”da keçiriləcək. Konfransdan sonra, saat 19:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Eyni məkanda həmin gün saat 20:00-da “Beşiktaş”in baş məşqçisi Şenol Güneş və futbolçu Salih Uçanın iştirakı ilə mətbuat konfransı, 20:30-dan isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.