Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sabah”la RFS arasındakı cavab qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.

Rekord.az xəbər verir ki, “Sabah”ın oyundan öncə təşkil ediləcək mətbuat konfransı avqustun 2-də saat 17:30-da, açıq məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) isə saat 17:50-də olacaq.

Rəqib komandanın matçdan öncə təşkil ediləcək mətbuat konfransı avqustun 2-də saat 19:30-da, açıq məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) isə saat 20:00-da keçiriləcək.

Hər iki mətbuat konfransı və açıq məşq “Bank Respublika Arena”da baş tutacaq.  

Qeyd edək ki, “Sabah” – RFS oyunu avqustun 3-də saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Bu komandalar arasında Latviyada baş tutmuş ilk qarşılaşma “Sabah”ın 2:0 hesablı qələbəsi ilə nəticələnib.