Öncə Qurbanov, sonra Krasson
- 10 Dek 2019 13:42
- 1043
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində baş tutacaq “Qarabağ” - “Düdelanj” (Lüksemburq) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Rekord.az xəbər verir ki, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin qarşısına çıxacaq.
Onun mətbuat konfransı saat 13:30-da başlayacaq. Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən bazada baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Düdelanj"ın baş məşqçisi Bertran Krasson isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:55-də başlayacaq.