Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ"la "Rakuv" arasında baş tutacaq cavab oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Rekord.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 1-də saat 17:15-də “Azersun Arena”da baş tutacaq. 17:45-də isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın baş məşqçisi David Şvarqanın mətbuat konfransı 18:30-da, açıq məşqi isə 19:00-dа Bakı Olimpiya Stadionunda reallaşacaq.

“Qarabağ”la “Rakuv” arasındakı cavab matçı avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. İlk oyunda Ağdam klubu 2:3 hesabıyla məğlub olub.