Öncə Stiven Kenni, sonra Canni De Byazi
- 02 Sen 2021 23:21
- 522
DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 4-də, Dublindəki Aviva stadionunda keçiriləcək İrlandiya - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 3-də yerli vaxtla saat 11:00-da İrlandiya milli komandasının baş məşqçisi Stiven Kenninin mətbuat konfransı başlayacaq. Saat 15:00-da isə rəqib komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi baş tutacaq.
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi isə saat 17:30-da jurnalistlər qarşısına çıxacaq. Bundan yarım saat sonra isə miillimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqinə start veriləcək.