Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Keşlə” – “Laçi” matçından öncəki mətbuat konfransları və son məşqlərin vaxtı müəyyənləşib.

Rekord.az xəbər verir ki, avqustun 26-da, “ASK Arena”da öncə “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov KİV nümayəndələrinin suallarına cavab verəcək. Mətbuat konfransı saat 18:45-də start götürəcək. Saat 19:00-da isə komandanın 15 dəqiqəlik açıq məşqi keçiriləcək.

“Laçi” komandasının baş məşqçisi Armando Kunqunun mətbuat konfransı isə saat 20:30-da təşkil olunacaq. Qonaq komandanın məşqi saat 21:00-da başlanacaq və ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.