“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “Tottenhem”ə məğlubiyyət (1:6) barədə danışıb.

Rekord.az xəbər verir ki, Roy Kin Sulşerin baş məşqçi postunu itirəcəyini proqnozlaşdırıb.

O, MY-nin futbolçularını ittiham edib: “MY-nin “Tottenhem”lə qarşılaşmadakı oyunu biabırçılıq idi. Hamımız bilirik ki, futbol nə deməkdir. Bizim vaxtımızda da pis oyunlarımız olurdu. Amma indiki MY-nin bəzi futbolçuları klub emblemini təhqir etdilər.

Hesab edirəm ki, bu proses Sulşerin işini itirməsi ilə nəticələnəcək. Onun sərəncamında olan futbolçuları nəzər saldıqda, bu məsələ realdır.

Bu futbolçular sabiq baş məşqçiləri Joze Mourinyonu da avtobusun təkərləri altına atmışdılar. Sulşerlə də belə edəcklər”.