"Yuventus"un yeni baş məşqçisi Andrea Pirlo "Hayduk"un çalışdırıcısı İqor Tudoru köməkçisi təyin edilməsindən danışıb.

Rekord.az xəbər verir ki, 41 yaşlı mütəxəssis yanında təcrübəli məşqçinin olmasına görə belə addım atdığını deyib:

"Möhtəşəm futbolu geri gətirmək istəyirəm. İlk məşq günü futbolçulara dedim: "Top həmişə sizdə olmalıdır və top itirdikdə dərhal qazanmalısınız". Doğru zamanda düzgün yerdə olduğumü düşünürəm.

Taktiki baxımdan geridə 3 və ya 4 futbolçu ilə oynaya bilərik. Hələ taktika ilə bağlı qərar verməmişəm. Futbol ehtirası hər keçən gün artmalıdır. İqor Tüdor da bizimlədir. Onu bura gətirmək mənim qərarım oldu. Yanımda təcrübəli məşqçi və xarakterli keçmiş müdafiəçiyə ehtiyacım var idi".

Andrea Pirlo Turin təmsilçisində istefaya göndərilən Maurisso Sarrinin əvəzinə baş məşqçi təyin olunub.