Argentina millisinin sabiq qapıçısı Huqo Qatti "Barselona"nın hücumçusu Lionel Messini tənqid edib.

Rekord.az xəbər verir ki, o, argentinalı oyunçu ilə bağlı deyib:

"Messi narahatdır, çünki özünü əvvəlki Messi kimi hiss etmir. Bu, onun ətrafı ilə bağlı deyil, çünki həmişə "Barselona"da oynayıb. Baş məşqçi Kike Setyenin yerində olsaydım, Messini ehtiyatda saxlayardım".