Operativ Qərargah millimizin məşq etməsinə icazə verdi
- 19 Mar 2021 21:30
- 585
Futzal üzrə Azərbaycan millisi ölkədə tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq, Avropa çempionatının seçmə mərhələsinin Slovakiya və Yunanıstanla oyunlarına hazırlaşa biləcək.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov məlumat yayıb.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah yığmanın zalda məşq etməsinə icazə verib.
Qeyd edək ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv aprelin 8-də səfərdə Slovakiya, 6 gün sonra isə Bakıda Yunanıstanla qarşılaşacaq. Komandamız əvvəlki oyunlarından maksimum nəticə ilə ayrılıb və artıq qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin edib.