Azərbaycan Cüdo Federasiyasının ixtiyarına verilən keçmiş "Neftçibaza"da söküntü işləri gedir və buradakı böyük futbol meydançadı da həmçinin, sökülüb.

Rekord.az xəbər verir ki, bazanın təyinatı dəyişsə də, direktor postunda dəyişiklik olmayacaq.

Saytımızın əldə etdiyi məlumata görə, veteran futbolçu Oqtay Abdullayev bundan sonra da bazanın direktoru postunu tutacaq.

Abdullayev eyni zamanda "Turan Tovuz"un Müşahidə Şurasının da sədridir.