"Neftçi" veteranları bu yaxınlarda "Neftçibaza"da bir araya gəlib.

Rekord.az xəbər verir ki, görüşün təşkilatçısı Veteranlar İttifaqının prezidenti Oqtay Abdullayev olub.

Görüşdə Maşallah Əhmədov, Ramiz Məmmədov, Novruz Əzimov, Zaur Ramazanov, Mahmud Qurbanov, Asif Əliyev, Nadir Qasımov, Rafiq Mirzəyev və Əfqan Talıbov iştirak edib. 

Görüş zamanı futbolumuzdakı problemlər, AFFA-nın bu problemlərə, eləcə də futbol veteranlarına laqeyd münasibətindən bəhs edilib. Görünən budur ki, Oqtay Abdullayevlə AFFA-nın icraçı vitse-prezident-baş katibi Elxan Məmmədovun arasının dəyməsi haqda xəbərlər doğrudur. Baxmayaraq ki, Məmmədov Abdullayevi federasiyanın nəzarətində olan "Turan Tovuz"a rəhbər təyin edib. Amma görünür Abdullayevin gözü daha yüksək postlardadır ki, Məmmədov da bu imkanı ona vermir. Yəni "Turan Tovuz" sənə bəs edər" kimi bir şey. Bu isə Abdullayevi qane etmir və o Məmmədova qarşı kompaniyaya başlayıb. Bu işə isə futbol veteranlarını da cəlb edib.