"Turan Tovuz"un Müşahidə Şurasının AFFA tərəfindən təyin olunan rəhbəri Oqtay Abdullayev komandanın cari mövsümdəki çıxışından narazıdır.

Rekord.az-a daxil olan məlumata görə, o, komandasını ilk iki turu məğlub başa vurması, xal bir yana, top belə vura bilməməsindən bərk narahat olub.

Deyilənə görə, o, narazılığını komandanın baş məşqçisi Rövşən Babayev də çatdırıb və tələb edib ki, nəticələr qısa zamanda yaxşılaşmalıdır.

Qeyd edək ki, "Turan Tovuz" cari mövsümün startında ilk turad evdə MOİK-ə 0:2, ikinci turda isə səfərdə "Zaqatala"ya 0:3 hesabı ilə uduzub.