“Turan Tovuz”un müşahidə şurasının sədri Oqtay Abdullayev AFFA-dan növbəti dəfə narazılıq edib.

Rekord.az-a Tovuzdakı mənbələrindən daxil olan məlumata görə, veteran futbolçunu bu dəfə narazı salan federasiyanın “Kəpəz”lə müqayisədə onlara olan laqeyd münasibətidir.

Belə ki, akademiyanın açılışından sonra AFFA sanki Tovuz futbolunun başınıə buraxıb və bütün diqqətini Gəncəyə yönəldib. “Kəpəz”ə əlavə büdcə ayırılıb, ard-arda transferlər edilir, Cavid İmamverdiyev, İbrahim Qədirzadə kimi futbolçular Gəncəyə dəvət edilir. Əvəzində “Turan Tovuz”da heç bir aktiv, nəzərəçarpacaq transfer yoxdur. Bu isə Abdullayevin narazılığına səbəb olub və o da dost-tanış arasında bu narazılığı dilə gətirib.