
“Ordu” “Lənkəran”a qalib gəldi
- 18 Mar 2025 20:00
- 38
Azərbaycan Basketbol Liqasının 19-cu turunda daha bir oyun baş tutub.
Rekord.az xəbər verir ki, B qrupunda “Ordu” “Lənkəran”a qalib gəlib.
“Sərhədçi” İdman Mərkəzində keçirilən qarşılaşma Alberto Blankonun rəhbərlik etdiyi kollektivin 87:65 hesablı qələbəsi ilə bitib.
Turun açılış matçında "Sumqayıt" "Quba"nı 112:103 hesabı ilə məğlub edib.