Ordubad şəhər stadionunda məktəblilər arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyinin seçmə mərhələsi reallaşıb.

Rekord.az xəbər verir ki, yarışda 22 komandadan ümumilikdə 110 məktəbli mübarizə aparıb. İştirakçılar 100 və 2000 metr məsafələrə qaçış, qumbaraatma və turnikdə dartınma növlərində bacarıqlarını nümayiş etdiriblər.

Başdizə kənd tam orta məktəbi birinci yerə sahib çıxaraq Ordubad rayonunu muxtar respublika final mərhələsində təmsil etmək hüququ qazanıb. Sabirkənd tam orta məktəbi ikinci, Gilançay kənd tam orta məktəbi isə üçüncü olub. İlk üç yerin sahibi olan komandaların üzvlərinə diplom təqdim edilib.