"Heydər Əliyev İli" ilə əlaqədar Ordubad rayonunda atletika yarışı keçirilib. Yeniyetmə və gənclər arasında 100, 200 və 400 metr məsafəyə qaçış üzrə birincilikdə 80 yeniyetmə və gənc iştirak edib.

Rekord.az xəbər verir ki, nəticələrə əsasən qızların yarışında Səkinə Sadıqlı, Aylin Rzazadə və Elmira İsmayqaçışılova, oğlanların yarışında isə Onur Bayramov, Elcan Məmmədli və Həsən Abbasov müvafiq məsafələr üzrə qalib olublar.