Ordubadda şahmat yarışı keçirilib
- 07 İyl 2023 11:15
- 353
Ordubadda fəaliyyət göstərən dövlət qulluqçuları arasında şahmat yarışı keçirilib.
Rekord.az xəbər verir ki, uşaq-gənclər şahmat məktəbində reallaşan yarış İsveçrə sistemi üzrə 5 turdan ibarət olub.
Yekun nəticələrə əsasən, ən yaxşı göstəriciyə malik Ülvi Sadiqov birinci olub. Nofəl Bağırov ilə Rəhimə Əliyeva müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.