Orxan Məmmədov millinin baş məşqçisi və federasiya rəsmiləri ilə görüşdü
- 28 Mar 2024 22:02
- 200
Azərbaycan Minifutbol Federasiyasının növbəti iclası keçirilib.
Rekord.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda cari ildə nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb və müəyyən qərarlar qəbul edilib.
AMF-nin prezidenti Orxan Məmmədov qarşıdan gələn Avropa çempionatına yollanacaq millinin baş məşqçisinin hazırlıq planı ilə tanış olub və komandaya uğurlar arzulayıb.