![photo](https://www.rekord.az/storage/uploads/5/358164064-284795154100415-4006350147814500099-n.jpg)
Orxan Məmmədov Musa Qurbanlının İsveç klubuna transferindən yazdı
- 05 İyl 2023 23:05
- 279
“Zirə” PFK-nın Müşahidə Şurasının sədri Orxan Məmmədov Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Musa Qurbanlının İsveçin “Yurqorden” klubuna transferinə münasibət bildirib.
Rekord.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bunları qeyd edib:
“Qarabağ”ın və millimizin oyunçusu Musa Qurbanlının İsveçin "Yurqorden" klubuna transferi açıqlanıb. Transferin futbolumuz və oyunçumuz üçün xeyirli, bərəkətli olacağına inanıram. Musaya Stokholmda futbolumuzu layiqli təmsil edilməsi işində uğurlar arzu edirəm!”